Medianın nəbzini bir mənbədən tutun
Media Monitorinq
Media və sosial şəbəkələrdə baş verənləri real vaxtda izləyin, etibarlı məlumat bazası ilə məlumatlı qərarlar verin.
Bütün media mənbələrini — xəbər saytları, sosial media və yayım kanallarını — tək bir yerdən izləyərək, heç bir vacib məlumatı əldən qaçırmırsınız.
Media və sosial şəbəkələrdə baş verənləri anında görürsünüz — gecikmiş məlumat yerinə, dəqiqəsi-dəqiqəsinə cari vəziyyətdən xəbərdar olursunuz.
İctimai rəyin sizin və ya brendiniz haqqında müsbət, yoxsa mənfi olduğunu anlayaraq, strategiyanızı vaxtında düzəldə bilirsiniz.
İstədiyiniz açar sözlər üzrə keçmiş və cari bütün qeydləri tapır, heç bir təfərrüatı gözdən qaçırmadan tam mənzərəni görə bilirsiniz.

Media və sosial şəbəkələrdə baş verən hər şeyi vahid, etibarlı bir mənbədən izləməyə imkan verən media monitorinq xidməti təqdim edirik. Xəbər saytları, telegram kanalları, YouTube və sosial media platformalarında keçən məlumatları real vaxt rejimində izləyir, medianın nəbzini əldən buraxmırıq. Geniş məlumat bazasından istifadə edərək aktual trend və mövzuları təhlil edir, ictimai rəyin sizin haqqınızda müsbət və ya mənfi olduğunu (sentiment analizi) müəyyən edirik. Xüsusi açar sözlər üzrə dərin axtarış imkanı ilə sizinlə bağlı hər bir qeydə çatırıq. Toplanan nəticələr əsasında fərdi analitik hesabatlar hazırlayır, komandanızla paylaşırıq. Vacib xəbər və hadisələr barədə sizə anında bildiriş göndəririk ki, heç nə diqqətdən yayınmasın.
Beləliklə, sadə və istifadəçi dostu interfeys ilə medianın tam nəzarətini sizə təqdim edirik.
Projects where this service was used
Want to book this service?
Share your event's details with us — we'll offer full support for this service, from concept to execution.
Message on WhatsApp